MSK sədri: "Şuşada və Xankəndidə səs vermək istəyənlər var"

Hazırda oxunan: MSK sədri: "Şuşada və Xankəndidə səs vermək istəyənlər var"

170423

“Bundan əvvəl seçki prosesi ilə əlaqədar ölkəmizə gələn beynəlxalq təşkilatlar və nümayəndələr keçmiş məcburi köçkünlərin səsverməsi prosesinə o qədər də maraq göstərməyiblər”.

Bizim.Media xəbər verir ki, bunu  Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

“Qarabağ və Şərqi Zəngəzur azad edildikdən sonra qanunvericiliyə və Seçki Məcəlləsinə uyğun olaraq öz işimizi mükəmməl qurmalıyıq. Bu baxımdan azad edilmiş ərazilərdə seçicilərin məlumatlandırılması ilə bağlı bildirişlərin çap edilməsi vacib əhəmiyyət daşıyır”, -MSK sədri vurğulayıb.

O qeyd edib ki, məcburi köçkün seçicilər ona bununla bağlı müraciət ediblər:

"Şəxsən mənim özümə seçicilərdən çoxlu məktublar gəlib ki, “Şuşada, Xankəndidə səs vermək istəyirik”".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin