Azad edilmiş ərazilərdə səs verəcək vətəndaşların seçki bildirişi FƏRQLİ OLACAQ

Hazırda oxunan: Azad edilmiş ərazilərdə səs verəcək vətəndaşların seçki bildirişi FƏRQLİ OLACAQ

170418

“Azad edilmiş ərazilərdə səs verəcək vətəndaşlara çatdırılacaq bildirişlərə təbriklə bağlı bənd də əlavə ediləcək. Çünki həmin ərazilərdə səs vermək Allahın lütfüdür”.

Bizim.Media xəbər verir ki, bunu  Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, növbədənkənar prezident seçkilərində azad olunmuş ərazilərdə səs verəcək vətəndaşlara göndəriləcək bildirişdə təbriklə əlaqəli əlavə bəndin salınması qanunvericiliyin tələbinə uyğundur.
Xatırladaq ki, prezident seçkiləri ilə əlaqəli seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin