Seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq

Hazırda oxunan: Seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq

170415

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqəli seçicilər səsvermənin yeri və vaxtı barədə məlumatlandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

Belə ki, bununla bağlı seçicilərə bildirişlərin mətni, forması, sayı və hazırlanma qaydası barədə məlumat veriləcək.

R. Qasımov qeyd edib ki, 6 milyon 524 min 203 bildiriş müəyyən mətbəə üsulu ilə çap olunacaq:

“Həmin bildirişlərdə seçici və səs verəcəyi məntəqənin ünvanı barədə məlumat da öz əksini tapacaq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin