SSRİ Xalq artisti vəfat etdi

Hazırda oxunan: SSRİ Xalq artisti vəfat etdi

170411

Sovet və rus bəstəkarı, dirijor, pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti və Rusiya Əmək Qəhrəmanı Murad Kajlayev 92 yaşında vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Dağıstan Respublika Mədəniyyət Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. 

“Təəssüf ki, Murad Kajlayev Dağıstanda dünyasını dəyişib”, - TASS departamentdən sitat gətirib. 

M.Kajlayev Azərbaycanda da sevilib və ölkəmizi sevib. "Azərbaycan mənə musiqi yazmağı öyrətdi", - deyə bəstəkar xatirələrində yazırdı. 

1955-1958-ci illərdə M.Kajlayev Mahaçqalada Çaykovski adına Musiqi Məktəbində dərs deyib, 1957-1958-ci illərdə Dağıstan Radiosu Simfonik Orkestrinin baş dirijoru, 1963-1964-cü illərdə Dağıstan Fiharikulunun bədii rəhbəri olub. 
1965-ci ildə uzun illər populyar olan “Qunib” vokal-instrumental ansamblını yaradıb. 1989-2007-ci illərdə Mərkəzi Televiziya və Ümumittifaq Radionun Estrada Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru olub. 

M.Kajlayevin əsərlərinin siyahısına Rusiya, eləcə də Almaniya, ABŞ və İtaliyada buraxılan 25 diskdə toplanmış 350-dən çox ad daxildir. O, bəstəkar kimi şair Ruslan Qəmzətov və dirijor Camal-Eddin Dalqatla çalışıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin