Xalq artisti Cavanşir Quliyevin növbədənkənar prezident seçkisində İlham Əliyevə səs verəcəyini açıqlaması ictimaiyyətdə marağa səbəb olub. Vaxtilə müxalif düşüncələri ilə tanınan incəsənət xadiminə qarşı hücumlar başlayıb.
Xalq artisti Azər Zeynalov Cavanşir Quliyevə qarşı edilən əsassız hücumlara qarşı səssiz qalmayıb.
Bizim.Media-ya bu barədə danışan incəsənət xadimi Cavanşir Quliyevi tənqid edənlərə sərt cavab verib:
“Cavanşir müəllim çox böyük sənətkardır. Xalq arasında nüfuzu olan insandır. O, nə deyirsə, mən də onu dəstəkləyirəm. Hər yerindən duranın Cavanşir Quliyev haqqında mənfi rəy deməsi düzgün hərəkət deyil. Cavanşir Quliyevin də, bizim də torpaqlarımız üçün canımız yanırdı. 30 il düşmən tapdağında qalmış torpaqları azad edən Prezidentimizi təbii ki, hər birimiz dəstəkləyirik. Dövlət başçısı tarixi bir iş görüb, hamımızın başını uca edib. Cavanşir Quliyev də vətəndaşdır.
O, həm öz, həm də xalqının başının uca olmasını istəyir. Cavanşir Quliyevi tənqid edənlərin kim olduqları bilinmir”.
Xalq artisti Rasim Balayev də Cavanşir Quliyevin fikirlərini dəstəklədiyini bildirib:
“İnsan düz açıqlama verib də… Dövlət başçısına alternativ yoxdur. Ancaq ona səs verilməlidir. İlham Əliyev bütün dünyaya sübut elədi ki, ən gözəl Prezidentdir, bütün dediyi sözlərin arxasında dayanır. 100 faiz əminəm ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi seçəcək. Mən özüm də İlham Əliyevi (seçkilərdə) favorit görürəm və ona səs verəcəm”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:14 / 23.12.2023
Xalq artistini ittiham edənlərə CAVAB - “Hər yerindən duranın Cavanşir Quliyevə rəy bildirməsi... ”
Hazırda oxunan: Xalq artistini ittiham edənlərə CAVAB - “Hər yerindən duranın Cavanşir Quliyevə rəy bildirməsi... ”
Hazırda oxunan: Xalq artistini ittiham edənlərə CAVAB - “Hər yerindən duranın Cavanşir Quliyevə rəy bildirməsi... ”
170409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.