Təhlükə saçan avtobuslar: “BakuBus” marşrutları niyə nasazdır? - VİDEO

Hazırda oxunan: Təhlükə saçan avtobuslar: “BakuBus” marşrutları niyə nasazdır? - VİDEO

170340

Bir neçə gün öncə sərnişinlər “BakuBus”a məxsus avtobusda tüstülənmə hadisəsinin şahidi olublar. Bəs bu kimi problemlər niyə baş verir? Avtobuslar hansı müddətdə texniki baxışdan keçirilir?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “BakuBus” MMC-nin əməkdaşı Elşən Bağırov bildirib ki, avtobuslar hər gün səhər istismara verilməmişdən öncə və gecə istismardan qayıtdıqdan sonra mütəxəssislər tərəfindən texniki baxışdan keçirilir:

“Sözügedən hadisə isə avtomatik yanğın xəbərdarlıq sistemində yaranan deformasiya ilə bağlıdır. Hazırda bu sistemin təkmilləşdirilmə və yeniləndirilməsi üzrə işlər görülür”.

Suallara cavab verməkdə çətinlik çəkən “BakuBus” əməkdaşı sözügedən avtobusda tüstüdən zəhərlənən vətəndaşla maraqlandıqlarını bildirib:

“Sosial şəbəkədə yayılan videolar həqiqəti əks etdirmir. Sərnişinlərin təhlükəsizliyi bizim üçün hər zaman prioritet məsələdir. Həmin videogörüntüdə olan şəxslərlə isə maraqlanmışıq”.

Daha ətraflı süjetdə:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin