İnsanların ən çox xoşladıqları vərdişlərdən biri də saqqız çeynəməkdir. Bəzi adamlar var ki, yalnız yatanda saqqızı ağızlarından çıxarırlar.
Doğrudur, saqqız ağız sağlamlığı üçün önəmli vasitədir. Bəzi saqqızların tərkibində kalsium və flüor var ki, bu da diş minasını gücləndirmək və qorumaq üçün faydalı ola bilər.
Amma saqqızı seçərkən mənfi nəticələrə, xüsusən də kariyes əmələ gəlməsinə yol verməmək üçün şəkərin olmamasına və ya onun aşağı səviyyədə olmasına diqqət yetirmək lazımdır.
Saqqızın tərkibində ksilitol ola bilər. Bu şəkər əvəzedicisi kariyesin inkişafının qarşısını alır və diş minasının möhkəmlənməsinə kömək edir.
Bununla belə saqqızın müəyyən ziyanları da var.
Bu barədə Bizim.Media-ya danışan pediatr Asif İbrahimov bildirib ki, təbii aromatizatorlu saqqız almaq daha məqsədə uyğundur:
“Ağız boşluğu üçün nanə və ya evkalipt tərkibli saqqız seçmək daha yaxşıdır. Lakin davamlı saqqız çeynəməyin müəyyən fəsadları da ola bilər. Belə ki, saqqızı çox çeynədikdə onun tərkibindəki dadlandırıcı maddələr itib gedir. Çənəmiz işlədiyi üçünsə mədə şirə gözləyir. Şirə gəlməyəndə isə mədəmizdə müəyyən xoşagəlməz fəsadlar baş qaldırır.
Bu artıq sübut olunmuş məsələdir ki, üç dəqiqədən çox saqqız çeynəmək bir sıra ciddi xəstəliklərə səbəb ola bilər. Bunlara qastrit, mədə eroziyası və digər xəstəliklər daxildir. Ona görə də mədənizi saqqızla aldatmaqdan qaçın”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 23.12.2023
Həkimdən saqqızla bağlı XƏBƏRDARLIQ – “Üç dəqiqədən artıq çeynəmək…”
Hazırda oxunan: Həkimdən saqqızla bağlı XƏBƏRDARLIQ – “Üç dəqiqədən artıq çeynəmək…”
Hazırda oxunan: Həkimdən saqqızla bağlı XƏBƏRDARLIQ – “Üç dəqiqədən artıq çeynəmək…”
170256
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.