NATO Baş katibi: Rusiya Ukraynanı əbədi itirib

Hazırda oxunan: NATO Baş katibi: Rusiya Ukraynanı əbədi itirib

170250

“Rusiya Ukraynanı əbədi itirib”. 

Bizim.Media xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq "German Press Agency"nə müsahibəsində bildirib. 

Rusiyanın böyük hərbi səylərinə baxmayaraq, bu ölkənin Ukraynadakı müharibə məqsədlərinə nail ola bilməyəcəyini deyən NATO Baş katibi Yens Stoltenberq "Putinin əmr etdiyi işğalın məqsədinin Ukraynanın NATO və Avropa İttifaqına doğru irəliləməsinin qarşısını almaq olduğunu" xatırladıb. 

Stoltenberq Rusiyanın onilliklər ərzində Ukraynanı təsir dairəsində gördüyünü deyib:

"Bu, Rusiya üçün əsas strateji məğlubiyyətdir". 

Stoltenberq əlavə edib ki, o, əmindir ki, Ukrayna NATO-ya qoşulmaq məqsədinə nail olacaq. Alyansın Baş katibi Rusiyanın bu müharibəyə görə çox yüksək bədəl ödədiyini əlavə edib.

Stoltenberq deyib ki, Rusiya artıq yüzlərlə təyyarə və minlərlə tank itirib və 30 min əsgəri öldürülüb və yaralanıb. Rusiya əvvəlkindən daha çox siyasi təcrid olunub. 

Eyni zamanda, Stoltenberq 17 mart tarixində keçiriləcək seçkidə yenidən seçildikdən sonra Putinin kursunun dəyişəcəyinə və müharibəni sürətli şəkildə sonlandıracağına inanmamağa çağırıb. "Putinin məqsədlərini və siyasətini dəyişdirəcək işarələr yoxdur. O, daha çox ərazini işğal etməyə davam edəcək", - Stoltenberq xəbərdarlıq edib. 

Ukraynaya hərbi yardımla bağlı sualı cavablandıran NATO Baş katibi Ukraynaya dəstəyin qətiyyətlə davam etdirilməli olduğunu vurğulayıb. 
"Ukraynalılar, xüsusilə Almaniyadan və bir çox NATO dövlətlərindən silah aldıqları zaman özlərini müdafiə etməyə qadir olduqlarını göstəriblər", Stoltenberq deyib. 

Stoltenberq müttəfiqləri üçüncü ölkələrlə mövcud müqavilələrdə dəyişikliklər yolu ilə Ukraynaya daha çox silah göndərilmə imkanlarını araşdırmağa çağırıb.

"Ümumiyyətlə, Ukraynaya daha yaxşı kömək etmək və özümüzü daha yaxşı qorumaq üçün istehsalımızı (hərbi sənaye -red.) artırmalıyıq". 

NATO Baş katibi Ukraynada əlavə əsgərlərin mümkün səfərbərliyi ilə bağlı müzakirələrə münasibət bildirməyib.

"Müharibəni ən yaxşı şəkildə necə aparmaqla bağlı Prezident Zelenskiyə tövsiyələr verməkdən çəkinəcəyəm. Heç kim əsgərlərin ehtiyaclarını ukraynalılardan daha yaxşı bilmir". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin