Hərbçi qadınların ehtiyatda olma yaş həddi ləğv olunur, kişi hərbçilərlə bərabərləşdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisə bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, qadınların həqiqi hərbi xidmətdə olmalarının yaş hədləri ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə arasında ziddiyyətin aradan qaldırılması, gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi məqsədilə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsi məqsədəuyğun hesab edilir.
Qüvvədə olan qanuna əsasən, hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi 50-dir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:42 / 22.12.2023
Qadın hərbçilərin ehtiyatda olma yaş həddi LƏĞV EDİLİR
Hazırda oxunan: Qadın hərbçilərin ehtiyatda olma yaş həddi LƏĞV EDİLİR
Hazırda oxunan: Qadın hərbçilərin ehtiyatda olma yaş həddi LƏĞV EDİLİR
170245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.