Bakı-Tibilisi-Qars dəmir yolu xəttinin genişləndirilməsi işləri yekunlaşmaq üzrədir.
Bizim.Media xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
“Bakı-Tibilisi-Qars dəmiryolunun daha da genişləndirilməsinə qərar verilib. Bu işlər də yekunlaşmaq üzrədir”, - nazir müavini qeyd edib.
O bildirib ki, qarşıdakı illərdə infrastrukturla bağlı bir sıra həllər dayanır. Dəmir yolları ilə bağlı olaraq da müəyyən hədəflər var.
“Xüsusi olaraq qeyd edim ki, Osmanlı-Astara istiqamətində dəmiryollarının yenilənməsi də əsas hədəflərdən biridir”, - Rəhman Hümmətov əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:39 / 21.12.2023
Bakı-Tibilisi-Qars dəmir yolu genişləndirilir
Hazırda oxunan: Bakı-Tibilisi-Qars dəmir yolu genişləndirilir
Hazırda oxunan: Bakı-Tibilisi-Qars dəmir yolu genişləndirilir
170076
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.