Ziyarətgahlarda “nəzir”lərin toplanması ilə bağlı qaydalar hazırlanır

Hazırda oxunan: Ziyarətgahlarda “nəzir”lərin toplanması ilə bağlı qaydalar hazırlanır

170066

"Dini etiqad azadlığı haqqında" qanuna edilmiş düzəlişdə qeyd olunmuşdu ki, ziyarətgahlarda ianələrin toplanması, xərclənməsi barədə xüsusi qaydalar qəbul olunmalıdır. Həmin xüsusi qaydalar üzərində ekspertlər tərəfindən işlər davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, bununla bağlı müxtəlif ölkələrin təcrübələri öyrənilir və ianələr haqqında qaydalar qüvvəyə mindikdən sonra cəmiyyətə məlumat veriləcək. 

O, həmçinin ianələrin verilməsində elektron yeniliklərlə bağlı məsələyə toxunaraq qeyd edib ki, burada söhbət verilən ianənin hansı istiqamətdə xərclənməsində şəffaflığın təmin edilməsi ilə bağlıdır: 

"Nəzərdə tutulur ki, ianə toplandıqdan və həmin ziyarətgah öz xərclərini çıxdıqdan sonra toplanmış ianələri internet üzərindən açıq şəkildə göstərsin. Daha sonra ayrı-ayrı icmaların və ya öz təşəbbüsləri ilə müxtəlif layihələr tərtib edərək hansı istiqamətdə xərclənməsinin şəffaflığını təmin etsinlər. Bu da qanundan irəli gəlir. Hazırlanmaqda olan xüsusi qaydalar isə Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra tətbiqi də öz həllini tapacaq". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin