Fəzail Ağamalının oğlunun ölkədən çıxışına “stop” qoyulması TƏLƏB EDİLİR

Hazırda oxunan: Fəzail Ağamalının oğlunun ölkədən çıxışına “stop” qoyulması TƏLƏB EDİLİR

169990

Deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı növbəti dəfə məhkəməlik olub.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, onun barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında iddia qaldırıb.

Millət vəkilinin oğlu bir müddətdir vergi borcunu ödəmədiyi üçün adıçəkilən dövlət qurumu məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edib. 
İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Baxış iclası dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, Elçin Ağamalı biznesmendir. O, daha öncə rəhbəri olduğu “La Vida” MMC-nin vergi borclarını ödəmədiyi üçün məhkəməlik olmuşdu. Bundan başqa, deputat oğlu “Altus” MMC-nin sahibi kimi də tanınır. Onu da əlavə edək ki, E.Ağamalı atasının sədri olduğu Ana Vətən Partiyasında müavindir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin