“İndiyə kimi gördüyümüz mənzərə çox ürəkağrıdıcıdır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizimlə eyni bəşəriyyəti bölüşən insan məxluqları belə vəhşiliklər törədiblər”.
Bizim.Media-nın məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Senqendo Ağdama səfəri zamanı jurnalistlərə deyib.
O bildirib ki, İƏT hər zaman Azərbaycanın torpaqlarını azad etmək hüququnu tanıyır və bunu ədalətli mövqe kimi qəbul edir.
“İndi biz bu ərazilərin azad olduğunu görürük. Amma mən Allaha dua edirəm ki, burada həyatını itirmiş şəxslərə özünün cənnətini nəsib etsin. Eyni zamanda da İƏT-ə üzv olan dövlətləri də bu ərazilərin yenidən qurulmasına və bərpa işlərinə qatılmağa çağırıram. Ümidvaram ki, onlar dəstəyə davam edəcək”.
Bizim.Media