Sabah – dekabrın 21-də Xankəndi şəhər stadionunda keçirləcək "Qarabağ" - MOİK oyunu ilə bağlı hazırlıq işləri yekunlaşıb.
Bizim.Media xəbər verir ki, stadionunun işıqlandırma sistemi də hazır vəziyyətə gətirılib.
Tanınmış aparıcı Sənan Şəfizadə özünün İnstaqram səhifəsində Xankəndi stadionundan yeni şəkilllər paylaşıb. Stadionda işıqlandırma ilə yanaşı, elektron reklam lövhələri də yerləşdirilib və onun sınaqları həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK matçı dekabrın 21-i, saat 14:00-da Xankəndi stadionunda başlayacaq.
Bu, işğaldan azad olunduqdan sonra Xankəndidə keçiriləcək ilk futbol qarşılaşması olacaq.
Bizim.Media