“Facebook”da saxta dələduzluq səhifəsi yaradıldı - XƏBƏRDARLIQ

Hazırda oxunan: “Facebook”da saxta dələduzluq səhifəsi yaradıldı - XƏBƏRDARLIQ

169885

Kiberdələduzlar tərəfindən “Facebook” sosial şəbəkəsində “Reminder Code 02 12528” adı ilə saxta dələduzluq səhifəsi yaradılıb.

Bizim.Media Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, dələduzlar “Reminder Code 02 12528” adı ilə saxta səhifədə bir çox şirkətlərin adını qeyd edərək, “Facebook” səhifələrinin silinəcəyinə dair saxta məlumatlar paylaşırlar.

“Paylaşımlarda yerləşdirilən keçidə daxil olduqda saxta “Facebook” səhifəsi açılır və giriş məlumatlarının daxil edilməsi tələb olunur. 

Məlumatlar daxil edildikdən sonra istifadəçilərin “Facebook” hesabının dələduzlar tərəfindən ələ keçirilməsi halı müşahidə olunur.

Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı tövsiyə edir”, - deyə məlumatda bildirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin