Yeni çap edilən Azərbaycan manatını “Bakıkart” aparatı qəbul etmir. Eyni zamanda “MilliÖn” ödəmə vasitəsi ilə də karta bu pulları qoymaq olmur.
Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı şəhərin mərkəzin küçələrində yerləşən dayanacaqlarda sərnişinlər arasında sorğu keçirib.
İnformasiyadan xəbəri olanların hamısı faktı təsdiqləyərək “Bakıkart” və “MilliÖn” aparatı vasitəsilə ödəmə həyata keçirə bilmədiklərini dedilər.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bizim.Media-ya açıqlamasında bu faktın araşdırıldığını bildirdi və əlavə etdi ki, “Bakıkart” hazırda yeni əskinasların terminala tanıdılması prosesini həyata keçirir:
“Problem mərhələli şəkildə həllini tapacaq”.
Mərkəzi Bankdan isə sorğumuza cavab olaraq bildirildi ki, yanvar ayının 11-də yeni əskinaslar dövriyəyə buraxılanda da bu problemin ola biləcəyi ilə bağlı ictimaiyyətə məlumat verilib:
“Hazırda əskinasların ödəmə aparatlarında tanıması prosesi gedir”.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:49 / 06.04.2021
“Yeni əskinasları “MilliÖn” və “Bakıkart” qəbul etmir” - SƏRNİŞİN ŞİKAYƏTİ - VİDEO
Hazırda oxunan: “Yeni əskinasları “MilliÖn” və “Bakıkart” qəbul etmir” - SƏRNİŞİN ŞİKAYƏTİ - VİDEO
Hazırda oxunan: “Yeni əskinasları “MilliÖn” və “Bakıkart” qəbul etmir” - SƏRNİŞİN ŞİKAYƏTİ - VİDEO
16981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.