Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı Masallı şəhəri ərazisində yerləşən 2 mağazada pirotexniki vasitələrin satıldığı aşkarlanıb.
Həmin mağazaların sahibləri G.Hacıyeva və C.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokollar tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bizim.Media