Bakıda “Bazarstore” şəbəkəsinə məxsus mağazalardan birinin girişində yazılan elan sossial şəbəkələrdə tənqid hədəfinə tuş gəlib.
Bizim.Media-nın məlumatına görə, elanda mağazanın qarşısında heyvanların yemlənməsi qadağan edilir:
''Mağazanın önünüə it-pişik yeməyi tökməyin''- divara yapışdırılan kağızda belə yazılıb.
Bildirilir ki, elan mağaza rəhbərliyinin göstərişi ilə yapışdırılıb.
Heyvansevərlər hər gün it və pişik yemindən kifayət qədər böyük məbləğdə qazanc götürən mağazanın belə addım atmasını qınayıblar.
Qeyd edilib ki, dünyaca məşhur şirkətlərin küçə heyvanları üçün xüsusi kampaniyalar təşkil etdiyi, onlara sığınacaqlar ayırdığı bir vaxtda bu addımın atılması yolverilməzdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:26 / 06.04.2021
“Bazarstore”un qarşısındakı elan hiddətə səbəb oldu - FOTO
Hazırda oxunan: “Bazarstore”un qarşısındakı elan hiddətə səbəb oldu - FOTO
Hazırda oxunan: “Bazarstore”un qarşısındakı elan hiddətə səbəb oldu - FOTO
16977
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.