Astarada Düriyyə‒Şümrüd avtomobil yolu əsaslı təmir ediləcək – SƏRƏNCAM  

Hazırda oxunan: Astarada Düriyyə‒Şümrüd avtomobil yolu əsaslı təmir ediləcək – SƏRƏNCAM  

169730

Prezident İlham Əliyev Astara rayonunun Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 

Bizim.Media  xəbər verir ki, Sərəncama əsasən, min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq 800 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin