İƏGF Avrasiya Regional Mərkəzi M.Rəbbaninin qeyri-qanuni saxlanılmasını pisləyib

Hazırda oxunan: İƏGF Avrasiya Regional Mərkəzi M.Rəbbaninin qeyri-qanuni saxlanılmasını pisləyib

169719

İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) beynəlxalq idarə heyətinin sədri Elçin Əsgərov idarə heyətinin üzvləri adından “CAGE” QHT-nin rəhbəri, Britaniya vətəndaşı Məhəmməd Rəbbaninin Fransanın tələbi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunmuş “Neokolonializm: İnsan Haqları, Sülh və Təhlükəsizlik” konfransına buraxılmamasını pisləyən bəyanatla çıxış edib.  

Bizim.Media xəbər verir ki, bəyanatda uzun müddət insan haqlarının müdafiəsi uğrunda, eləcə də İslamofobiyaya qarşı mübarizə aparan M.Rəbbani ilə həmrəy olduğunu bildirib və onun bu sahədə apardığı fəaliyyətə yüksək dəyər verilib.  

Sənəddə İsveçrə polisinin onun səfərinin qanuni olmasına baxmayaraq saxlanılması, insan haqlarının fundamental prinsiplərinin pozulması və sözügedən konfransın məqsədi olan ideyaların azad mübadiləsinə və dialoqa maneə kimi xüsusi vurğulanıb.  

Bəyanatda Fransa hökumətinə bu hadisənin hərtərəfli araşdırılması, başqa dövlətlərin daxili işlərinə qarışmaması, suverenlik və beynəlxalq əməkdaşlıq prinsiplərinə hörmət  edilməsi və belə halların gələcəkdə baş verməməsi, xüsusilə, insan haqlarının və sülhün qorunması sahəsində çalışan şəxslər uçun hərəkət və ifadə azadlığının təmin edilməsi ilə bağlı çağırış edilib. 

Bəyanatda eyni zamanda beynəlxalq təşkilatlara bu təşəbbüsə qoşulmaq və hüquq müdafiəçisi M.Rəbbaninin hüquqlarının qorunmasına dəstəklə bağlı çağırış edilib. 

“İƏGF Avrasiya Regional Mərkəzinin İH ədalət, insan haqları və beynəlxalq əməkdaşlığı pozan hallara qarşıdır. Bu hadisə ilə bağlı biz monitorinq aparacayıq və insan haqları və ədalət prinsiplərinin müdafiəsini davam edəcəyik,” – bəyanatda bildirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin