Medianın İnkişafı Agentliyinin jurnalistlər üçün silsilə təlimləri davam edir.
Bizim.Media xəbər verir ki, MEDİA ilk dəfə olaraq televiziyaların texniki işçiləri üçün təlimlər keçirib.
Belə ki, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 18 dekabr 2023-cü il tarixindən etibarən audiovizual media subyektlərinin texniki heyəti üçün iki moduldan ibarət təlimlərə başlanıb.
“Televiziyada işıq və kameranın istifadəsi” modulu çərçivəsində keçirilən ilk təlimdə filmlər, teleseriallar, sənədli filmlər, xəbərlər, idman verilişləri və musiqili-əyləncə proqramlarında işıqçı kimi fəaliyyət göstərmiş, hal-hazırda isə Daxili İstehsalat İdarəsinin İşıq Xidmətində işıqlandırma üzrə dizayner və icraçı vəzifəsində çalışan Cengiz Çifci işıq və onun xüsusiyyətləri, işıqdan düzgün istifadə və onun əhəmiyyəti, işıqlandırmada texniki və bədii tələblər, işıq filtrləri və aksesuarları haqqında danışıb.
Modul çərçivəsində ikinci təlimdə çıxış edən təlimçi bir sıra sənədli filmlərin prodüser və quruluşçu rejissoru kimi müxtəlif festivallarda mükafatlara layiq görülən, hazırda “TRT”də baş operator vəzifəsində çalışan Zafer Sevener olub. O, televiziyada işıq və kamera, kameranın əsas hissələri, linzalar, şəkilə effektlər, kamera hərəkətləri və onlar üçün istifadə olunan alətlər, əsas çəkiliş tərzləri, çərçivə qaydaları və kompozisiyadan bəhs edib.
Bundan əlavə, “TRT” təlimlərlə bağlı reportaj hazırlayıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media