Bu ilin fevralında Şəmkirdə ağır yol qəzası törətmiş 1989-cu il təvəllüdlü Mais Rəfiyevin məhkəməsi başa çatıb.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Şəmkir Rayon Məhkəməsində keçirilən prosesdə Mais Rəfiyev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib.
Bildirilib ki, M.Rəfiyevin ehtiyatsızlığından onun idarə etdiyi “Mercedes ML 350” markalı avtomobil Şəmkir-Şiştəpə yolunda 1971-ci il təvəllüdlü Təranə Nağıyevanın sürdüyü “Nissan”la toqquşub. Nəticədə T.Nağıyeva vəfat edib. Onun avtomobilində olan 2 xanım sərnişin xəsarət alıb. Həmçinin M.Rəfiyevin avtomobilindəki sərnişinlərdən Əfqanıstan vətəndaşı Abdulvahab Alabi xəstəxanaya yerləşdirilib.
Məhkəmənin hökmü ilə Mais Rəfiyev 1 il sürücülük hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.
Xatırladaq ki, qəzada ölən T.Nağıyeva və avtomobildə xəsarət alan qardaşı arvadı Şiştəpə kənd orta məktəbinin müəllimləri olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:11 / 19.12.2023
Müəllimin öldüyü qəza ilə bağlı HÖKM OXUNDU
Hazırda oxunan: Müəllimin öldüyü qəza ilə bağlı HÖKM OXUNDU
Hazırda oxunan: Müəllimin öldüyü qəza ilə bağlı HÖKM OXUNDU
169653
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.