Noyabrın 28-də istefa verən Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin sabiq rəisi Rüfət Hacıyevin yerinə təyinat olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, nazir Emin Əmrullayev bununla bağlı əmr imzalayıb .
Xızı-Abşeron Regional Elm və Təhsil İdarəsinin rəis müavini Coşqun Vidadi oğlu Əliyev Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinə rəis təyin olunub.
Regional idarədən faktı Bizim.Media-ya təsdiqləyiblər.
Coşqun Əliyev sabah kollektivə təqdim olunacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu