Xəbər verildiyi kimi, Saatlıda səkkiz məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.
Məlumata görə, hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən səkkiz məktəbli Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisədən sonra sözügedən avtobusun hansı quruma aid olduğu müzakirə doğurub.
MÖVZU İLƏ BAĞLI:
Saatlıda 8 şagird avtobusda dəm qazından ZƏHƏRLƏNDİ
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu, sifarişli daşımadır:
Məlumatda sifarişli daşımaların daşıyıcı və sifarişçi arasında müqavilə əsasında tənzimləndiyi qeyd olunub.
Günay Şahmar, Bizim.Media