Müxtəlif səbəblərə görə əlil olan insanlara ortez-protez dəstəyi verən Beynəlxalq Həkimlər İttifaqı (AID) Dağlıq Qarabağ müharibəsindən sonra əzalarını itirən qaziləri - Azərbaycan vətəndaşlarını Türkiyəyə gətirərək protezləri təhvil verməyə başlayıb.
Türkiyənin Azərbaycandakı səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, Ortez-Protez layihəsini Azərbaycana aparan AID Bakıda üç ölçülü skanerdən istifadə edərək xəstələrin protez ölçmələrini aldıqdan sonra İstanbuldakı mərkəzə göndərib.
3D skanerlə aparılan ölçmələr sayəsində xəstələr ölkəyə gəlmədən protezlər hazırlanıb.
Layihə çərçivəsində Türkiyəyə gətirilən ilk protez qaziyə aeroportda taxılıb. Hava limanında protezini alan qazi daha sonra oteldə ayağa qalxaraq yeriməyə başlayıb.
Qazilərin lazımi fiziki müalicə və reabilitasiya prosesləri İstanbulda həyata keçirildikdən sonra Vətənə qayıtmaları təmin ediləcək.
Bu günə qədər bir çox ölkənin vətəndaşlarını ortez-protezlə təmin edən Beynəlxalq Həkimlər İttifaqı (AID) rəsmiləri son həftələrdə qardaş ölkə Azərbaycan üçün müvafiq tədbirlər görərək protez ehtiyaclarını təyin etmək üçün Azərbaycana səfərlər həyata keçiriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:13 / 06.04.2021
Qaziyə aeroportda protez taxıldı - Türkiyədən dəstək - FOTO
Hazırda oxunan: Qaziyə aeroportda protez taxıldı - Türkiyədən dəstək - FOTO
Hazırda oxunan: Qaziyə aeroportda protez taxıldı - Türkiyədən dəstək - FOTO
16958
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.