Bakı-Sumqayıt yolunda avtobuslar üçün nəzərdə tutulmuş xüsusi zolaqdan digər nəqliyyat vasitələrinin istifadə etməməsi üçün cəza tədbirləri sərtləşdiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib.
"Bu zolağa çıxan digər nəqliyyat vasitələri avtobusların hərəkətinə mane olur. Onların cəzalandırılması üçün tədbirlərin sərtləşdirilməsi imkanını nəzərdən keçiririk. Bu yolda monitorinq üçün avadanlığın quraşdırılması və digər tədbirlərin görülməsi planlaşdırılır. Müvafiq layihə artıq hazırlanıb və yeni qanun tezliklə qüvvəyə minəcək", - deyə nazir müavini qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:15 / 18.12.2023
Bakı-Sumqayıt yolundan istifadə edənlərin NƏZƏRİNƏ: Cəzalar SƏRTLƏŞDİRİLİR
Hazırda oxunan: Bakı-Sumqayıt yolundan istifadə edənlərin NƏZƏRİNƏ: Cəzalar SƏRTLƏŞDİRİLİR
Hazırda oxunan: Bakı-Sumqayıt yolundan istifadə edənlərin NƏZƏRİNƏ: Cəzalar SƏRTLƏŞDİRİLİR
169567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.