Şimal-Qərb bölgəsinə ilin ilk qarı yağdı - FOTO

Hazırda oxunan: Şimal-Qərb bölgəsinə ilin ilk qarı yağdı - FOTO

169497

Bu gecə Şimal-Qərb bölgəsinin dağlıq ərazilərində havanın temperaturu mənfi 2 dərəcəyə kimi enib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gecə saatlarından başlayaraq Böyük Qafqazın cənub yamacları boyunca yerləşən ərazilərə ilin ilk qarı yağıb. 

Şəki Regional Hidrometerologiya Müəssisəsindən verilən məlumata əsasən qar əsasən Qaxın Sarıbaş və İlisu, Zaqatalanın Sabunçu, Şəkinin Şin, Oğuzun Baş Kəldək kəndlərinə yağıb. 

Bu gecə həm də havanın temperaturu əvvəlki günə nisbətən 8-10 dərəcə enərək mənfi 2 dərəcə təşkil edib.  Bölgənin aran ərazilərində isə qısamüddətli yağış yağıb, temperatur 0-la müsbət 2 dərəcə arasında dəyişib. 
Hazırda bölgə rayonlarında qeyr-sabit hava şəraiti davam edir. 






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin