Lerikdə yaşayış evində maye qaz balonunun partlaması nəticəsində ər-arvad ağır bədən xəsarətləri alıblar.
Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Partlayış nəticəsində rayonunun Noda kənd sakinləri 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:00 / 17.12.2023
Lerikdə qaz balonu partladı: Xəsarət alanlar var - FOTO
Hazırda oxunan: Lerikdə qaz balonu partladı: Xəsarət alanlar var - FOTO
Hazırda oxunan: Lerikdə qaz balonu partladı: Xəsarət alanlar var - FOTO
169470
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.