Ədəbiyyatşünas Kamil Vəli Nərimanoğlu 77 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkə hesablarında məlumat veriblər.
Professor ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Kamil Nərimanoğlu 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində işləyib.
Mərhum türkoloq, filologiya elmləri doktoru (1988), professor (1989), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1981), Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri olub.
Bizim.Media