Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
Bizim.Media xəbər verir ki, “Bizi Yevlaxda vaqonlardan düşürüb at arabaları ilə kəndlərə payladılar” adlı buraxılış iki dəfə deportasiyaya məruz qalan 78 yaşlı İrəvan sakini Sudif Fətəliyevin həyat hekayəsinə həsr olunub.
O, 5-6 yaşında deportasiya olunduqlarını, yük vaqonlarında Azərbaycana gətirildiklərini deyib:
“Bizi Yevlax şəhərində vaqonlardan düşürdüb at arabaları ilə kəndlərə yerləşdirdilər. Çox əzablı, çətin günlər idi. Stalin öləndən sonra 1955-ci ildə biz yenidən öz doğulduğumuz ata-baba torpağa - Qərbi Azərbaycana qayıtdıq”.
Onun sözlərinə görə, geri qayıdan zaman İrəvan şəhərində olan evlərini ermənilər ələ keçirib və məcburiyyət qarşısında keçmiş Uluxanlı, sonradan Masis adlanan rayonun Qulucan kəndində məskunlaşıblar:
“Bizim şəhərdəki evin yerində “Rossiya” kinoteatrı tikildi. Onun yanında da Gedər çayının sağ sahilində bizim evlər idi. İkimərtəbəli evimiz artıq əlimizdən çıxmışdı”.
Uşaqlıq illərində suda boğulmaq təhlükəsi ilə üzləşdiyini söyləyən S.Fətəliyev bacısına minnətdar olduğunu bildirib:
“1946-cı ildə mən hələ bir yaşında idim. İrəvan şəhərində Gedər deyilən çay daşmışdı, evimizi su basmışdı. Bütün hamı yuxarı hissəyə qaçanda məni unudublar. Son anda məni bacım və qardaşım xilas ediblər”.
İki dəfə deportasiya olunsa da doğma Vətəni yenidən görmək istədiyini vurğulayan İrəvan sakini deyib:
“Birinci deportasiya 1948-1950-ci illər arasında olub. Nəhayət, 1988-ci ildə yenidən deportasiya başladı. Bu, mənim ikinci deportasiyam oldu. Ermənilər yolda maşınların qabağını kəsib, hətta maşınları talayırdılar. İrəvanda xəstəxanada yatanda erməni həkimlər atamın başına min oyun açdılar. Zəngibasar (Masis) rayonundakı yeganə məscidi yandırdılar. Hətta yeznəmi evində çörək kəsən erməni balta ilə başından vurdu”.
O bildirib ki, Azərbaycanın hər yanı bizim üçün doğmadır:
“Ancaq 35 ildir hər gecə yuxumda oranı görtürəm. Ermənilərdən torpaq sahibi olmaz. Onlarınkı heç nədən pul qazanmaqdı. Onlar əməkdən qaçırlar. Biz torpağı sevən, Vətəni sevən bir millətik. Ora bizim dədə-baba torpağımızdı. Vətənə qayıdış bizim gecə-gündüz yadımızdan çıxmayan arzudur. Vətənə qayıtmaq, onun suyunu içib, torpağını ziyarət eləmək, ata-ananın məzarını ziyarət etmək mənim üçün dünyada ən xoş gün olardı. Kaş o günü Allah mənə qismət edəydi. Əminəm, inanıram ki, mən olmasam da, oğul-uşaqlar, nəvələr vaxt gələcək Vətən deyib o torpaqlara qayıdacaqlar. Onda mənim ruhum məzarda şad olacaq”.
Daha ətraflı videomaterialda:
- A-
- A
- A+
Cəmiyyət
01:06 / 16.12.2023
Qərbi Azərbaycan Xronikası: “Evində çörək kəsən erməni yeznəmi balta ilə vurdu” - VİDEO
Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: “Evində çörək kəsən erməni yeznəmi balta ilə vurdu” - VİDEO
Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: “Evində çörək kəsən erməni yeznəmi balta ilə vurdu” - VİDEO
169261
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.