Mübahisədən qan davasına çevrilən MTK qalmaqalı

Hazırda oxunan: Mübahisədən qan davasına çevrilən MTK qalmaqalı

169218

“Badu Kübə” MTK-nın qalmaqallı mübahisələrində adı hallanan sahibkar Əsədullazadə Asif Yusif oğlunun məhkəməsi başlayır.

Bizim.Media report-a istinadən xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.

Onun barəsində olan şikayətlər əsasında Cinayət Məcəlləsinin 177 - 189 (Mülkiyyət Əleyhinə Olan Cinayətlər), 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddələri ilə yenidən cinayət işi icraata götürülüb. Çünki iş üzrə yeni epizodlar ortaya çıxıb.

Qeyd edək ki, sahibkar fəaliyyəti ilə məşğul olan A.Əsədullazadəyə məxus "Altun" sarayın ərazisində müqavilə əsasında “Badu Kübə” MTK-nın tikəcəyi binadan ona həm 8.000 kvadratmetrlik mənzillər, həm də qeyri-yaşayış yeri verilməli idi.
2007-2008-ci illərdə Ədalət Qəmbərov adlı şəxs “Badu Kübə” MTK-da sədr olandan sonra şirkətlə A.Əsədullazadə arasında mübahisələr yaranıb. O zamandan davam edən narazılıq əvvəlcə xırda mübahisələrə, zamanla isə düşmənçiliyə çevrilib. Belə ki, A.Əsədullazadənin oğlu Türkel Əsədullazadə 2012-ci ildə “Badu Kübə” MTK-nın sədri Samid Məmmədovun qətlində təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 may 2013-cü il tarixli hökmü ilə 15 il müddətə azadlıqdan məhrum edilib.

A.Əsədullazadə isə 2014-cü ildə həmin mənzilləri 21 vətandaşa təkrarən sataraq 632 min 538 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirməklə külli miqdarda ziyan vurmaqda ittiham olunub.

2014-cü il fevral ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əsədullazadə 8 il müddətinə şərti cəza alıb.

Məsələ ilə bağlı "Report" Asif Əsədullazadə ilə əlaqə saxlayıb. O, əvvəlcə barəsində olan şikayətlərin böhtan xarakterli olduğunu desə də, daha sonra bu barədə danışmaq istəmədiyini bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin