Misirdə qadınların həyat yoldaşlarının telefonuna baxmasını qadağan edən fətva verilib. Bundan sonra icazəsiz olaraq həyat yoldaşının telefonuna baxan qadın qanun qarşısında cavab verəcək. Ölkə rəhbərliyi bu qərarın zərurətdən doğduğunu söyləyir. Bildirirlər ki, qadınlar həyat yoldaşlarının telefonuna müdaxilə etməklə ailədaxili etibarı sarsıdır və lüzumsuz münaqişələrə zəmin yaradırlar.
Bəs, belə bir qaydanın qəbulu nə dərəcədə insani və dini dəyərlərə uyğundur?
Suala aydınlıq gətirmək üçün ilahiyyatçı Tural İrfanla əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, Qurani-Kərimdə "casusluq etməyin" deyə ayə var:
“Yəni, bir-birinizin eybini araşdırmayın. Qadınların ərlərinin telefonuna icazəsiz baxması doğru hal deyil. Ələxüsus da ki, bu fitnəyə, fəsada, xoşagəlməz hallara səbəb olacaqsa. Ona görə də qadının həyat yoldaşının telefonuna təftiş mənasında baxması doğru deyil. Bu qarşılıqlı etibarı zədələyir. Təsadüfi deyil ki, hər yerdə olduğu kimi Azərbaycanda ailədaxili münaqişənin bir çoxu məhz telefona müdaxilə üzündən baş verir”.
“Yəqin o qədər fəsad yaradıb ki…”
İlahiyatçı onu da qeyd edib ki, hər bir fətva verilərkən o ölkənin, o bölgənin durumu, halın səbəbləri araşdırılır:
“Misirdə verilən bu fətvanın da əsaslı səbəbinin olduğunu düşünürəm. Nəinki ər - arvad, ümumiyyətlə heç kəs başqasının telefonuna icazəsiz baxa bilməz. Heç fətva verilməsə belə İslam dini insanların bir-birini təftiş etməsini yasaqlayır. Ola bilsin, qadınların ərlərinin telefonuna baxması Misirdə o dərəcədə fəsada səbəb olub ki, belə bir fətva ilə hökmü qətiləşdiriblər”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 16.12.2023
Qadınların ərlərinin telefonuna baxması qadağan OLUNSUN?
Hazırda oxunan: Qadınların ərlərinin telefonuna baxması qadağan OLUNSUN?
Hazırda oxunan: Qadınların ərlərinin telefonuna baxması qadağan OLUNSUN?
169180
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.