Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 1 nəfərə “general-leytenant” ali hərbi rütbəsi, 1 nəfərə “general-mayor” ali hərbi rütbəsi, 2 nəfərə isə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.
MÖVZU İLƏ BAĞLI:
FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verildi - SİYAHI
Bizim.Media "unikal.az"a istinadən xəbər verir ki, “general-leytenant” ali hərbi rütbəsi alan Etibar Rəsul oğlu İsmayılov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.
O, bu vəzifəyə 2022-ci ilin avqust ayında təyinat alıb.
Daxili xidmət polkovnikləri Aqşin Böyükağa oğlu Kazımova və Asif Eltufat oğlu Məmmədliyə isə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.
Aqşin Kazımov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. O, 2023-cü ilin iyun ayında bu vəzifəyə təyin olunub.
Asif Məmmədli isə Dövlət Yanğından Mühafizə Xidmətinin rəisidir.
Bizim.Media