Balakəndə qızılca xəstəliyinə qarşı mübarizə tədbirləri gücləndirilir. Həkim və mütəxəssislər məktəb direktorları və uşaq bağça müdirləri ilə rayonda bu xəstəliklə bağlı məsələni araşdırıb, mübarizə tədbirlərindən danışıblar.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ölkə ərazisində yayılan qızılca xəstəliyi Balakəndən də yan keçməyib.
Xəstəliyin geniş yayılmasının qarşısını almaq məqsədi ilə profilaktik tədbirlər görülür.
Belə ki, mərkəzi rayon xəstəxanasının həkim-pediatrı Arzu Rəsulova rayon Gigiyena və Epidemiologiya mərkəzinin epidemioloq həkimi Ləman Muradova, məktəb direktorları və uşaq bağçalarının müdirləri ilə görüşüb.
Tədbirdə çıxış edən pediatr Arzu Rəsulova bildirib ki, qızılca son dərəcə yoluxucu xəstəlikdir və hava-damcı yolu ilə ötürülür. Virus əsasən tənəffüs yollarının selikli qişasını və udlağın arxa divarını yoluxdurur. Yüksək hərarət, quru öskürək, qızarmış gözlər, işığa həssaslıq, burun axması, boğaz ağrısı, ağızın selikli qişasında xırda ağ ləkələr və adətən üzdən başlayan gövdə və ayaqlara yayılan səpgilərə səbəb olur.
Qızılcaya qarşı yeganə qorunma vasitənin peyvənd olduğunu bildirən pediatr başqa bir müalicə metodunun olmadığını da vurğulayıb. O qeyd edib ki, uşaqların yoxlanılması mütəmadi şəkildə keçirilir. Uşaq xəstədirsə, 21 gün müddətində karantin təyin olunur. Daha sonra rayon Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşı çıxış edərək vacib məqamlara toxunub. Diqqətə çatdırılıb ki, qızılca əhaliyə bəsit xəstəlik kimi görünsə də, onun ciddi fəsadlarla nəticələnə biləcək ağırlaşmaları olur.
Əgər uşaqlarda hər hansı kataral əlamət və ya səpgi müşahidə olunursa, mütləq şəkildə həkimlə əlaqə saxlamaq lazımdır.
Unutmayaq ki, hər hansı düzgün olmayan müdaxilə sağlamlığınıza ciddi şəkildə zərbə vura bilər. Belə qərara alınıb ki, məktəb və uşaq bağçaları dərs olmayan günlər dezinfeksiya edilsin, şagirdlərin qızdırmaları ölçülsün və valideynlərlə maarifləndirmə işləri aparılsın. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:43 / 15.12.2023
Balakəndə qızılcaya qarşı mübarizə tədbirləri gücləndirilir – FOTO
Hazırda oxunan: Balakəndə qızılcaya qarşı mübarizə tədbirləri gücləndirilir – FOTO
Hazırda oxunan: Balakəndə qızılcaya qarşı mübarizə tədbirləri gücləndirilir – FOTO
169145
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.