Goranboy Rayon Polis Şöbəsinə rayonun Abbasqulular kəndi ərazisindəki fərdi yaşayış evlərinin birində toy mərasimi keçirliməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya bildirilib ki, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 5 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:00 / 05.04.2021
Evdə toy edənlər cərimələndilər - FOTO
Hazırda oxunan: Evdə toy edənlər cərimələndilər - FOTO
Hazırda oxunan: Evdə toy edənlər cərimələndilər - FOTO
16912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.