ADNSU-nun rektoru təhsillərini Fransada davam etdirəcək tələbələrlə görüşüb

Hazırda oxunan: ADNSU-nun rektoru təhsillərini Fransada davam etdirəcək tələbələrlə görüşüb

169111
Fevralın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı təhsillərini Fransanın Renn Ali Kimya Məktəbində davam etdirəcək tələbələrlə görüşüb.

Xarici universitetlərlə əlaqələrin qurulması və tələbə mübadiləsinin hər zaman diqqətdə saxlandığını vurğulayan rektor M.Babanlı gənclərimizin xarici universitetlərdə ali təhsil almaq imkanı qazanmasının nəinki universitet eləcə də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Seçilmiş tələbələrin SABAH qruplarından olmasının olduqca sevindirici hal olduğunu qeyd edən rektor M.Babanlı tələbələrə biliklərini hər zaman artırmağı və öz üzərlərində müntəzəm işləməyi tövsiyyə edib. Xarici ölkədə təhsil almağın məsuliyyətli, lakin bir o qədər də şərəfli olduğunu diqqətə çatdıran rektor tələbələrlə öz təcrübəsini bölüşüb və bu məsuliyyətli yolda məsləhətlərini verib. Milli təəssübkeşliyin və vətənə bağlı olmağın çox önəmli olduğunu qeyd edən rektor M.Babanlı tələbələrə Azərbaycanı sərhədlərimizdən kənarda layiqincə təmsil etməyi və yüksək bilikli mütəxəssis kimi vətənə dönməyi tövsiyyə edib.

Qeyd edək ki, ADNSU-nun SABAH qruplarının Kimya Texnologiyaları fakültəsinin “Kimya mühəndisliyi”x9d ixtisasının 2 tələbəsi ”“ Könül Bəşirova və Gülzar Qasımova təhsillərini Fransanın Renn Ali Kimya Məktəbində davam etdirəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin