Neftçala rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı baş verən zorakılıq hadisəsi ilə bağlı yayılan məlumatlar Neftçala Rayon Polis Şöbəsində tam və hərtərəfli araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 2018-ci ilin mart ayında rayonun Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib.
MÖVZU İLƏ BAĞLI:
Evinə gələn şagirdi ilə yatan kimya müəllimi tutuldu – FOTO-VİDEO
Qeyd olunan hərəkətlərdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Cinayət əməlində təqsirləndirilən şəxsin barəsində rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bizim.Media