Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 14-ü saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Şərur, Şahbuz, Ordubad, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağıb, Qusar və Şahdağda qar yağıb. 
Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, Naxçıvan, Şərur, Culfa, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Qax, Şamaxı, Naftalan, Gəncə, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, tərtər, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, Yardımlı, Lerikdə duman müşahidə olunub. 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 6-10 dərəcə isti, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 0-4 şaxta olub. 
Bu gün axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi, hava şəraitinin sabitləşəcəyi gözlənilir. 
Bizim.Media
 

- A-
- A
- A+
Cəmiyyət
							17:57 / 14.12.2023
							
						Qusar və Şahdağda qar yağıb - FAKTİKİ HAVA
						
							
								Hazırda oxunan: Qusar və Şahdağda qar yağıb  - FAKTİKİ HAVA 							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Qusar və Şahdağda qar yağıb  - FAKTİKİ HAVA 							
						169055
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































