İcbari tibbi sığortanın tətbiqindən sonra 349 ambulans ALINIB – RƏSMİ 

Hazırda oxunan: İcbari tibbi sığortanın tətbiqindən sonra 349 ambulans ALINIB – RƏSMİ 

168963

"Agentliyin məqsədi sığorta çərçivəsində qarşılanan tibbi xidmətləri əhali üçün əlçatan etməkdir.

Agentlik tərəfindən görülən bütün tədbirlər vətəndaşlara vaxtında, keyfiyyətli xidmətlərin göstərilməsinə yönəlib. Bu səbəbdən də Agentlik xəstəxanaların maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək göstərir".

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, 100 ədəd yeni təcili tibbi yardım avtomobili alınıb sığortanın tətbiqindən sonra isə 349 ambulans alınıb: 

"İcbari tibbi sığortanın tətbiqindən əvvəl ambulanslara olan ehtiyacın ödənilən hissəsi 40% idisə, hazırda 64% təşkil edir".

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin