Hüseyn Axundov: “Ali Baş Komandanımızın sayəsində bu gün evimizdəyik” - VİDEO 

Hazırda oxunan: Hüseyn Axundov: “Ali Baş Komandanımızın sayəsində bu gün evimizdəyik” - VİDEO 

168961

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdaram. Onun sayəsində biz bu gün evimizdəyik. Şükür edirəm".

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu sözləri dekabrın 13-də Ermənistanda hərbi əsirlikdən azad edilən və bu gün ailəsinə qovuşan Hüseyn Axundov söyləyib.

"Hərbi əsirlikdə olanda ilk olaraq Vətənim, sonra isə anam üçün darıxırdım. Artıq Vətənimdəyən. Allah Prezidentimizi qorusun”, - H.Axundov deyib.
O, qeyd edib ki, hər zaman Azərbaycan dövlətinə arxalanıb: "Tezliklə azad olunacağım günü gözləyirdim. Hər zaman dövlətimizə arxalanmışam. Bundan sonra da arxalanacağam. Ali Baş Komandanımız var olsun!

Biz qalib ölkənin qalib əsgəriyik. Harada olmağımızdan asılı olmayaraq, hər zaman dövlətimizin adını uca tutmağa çalışırıq", - H.Axundov əlavə edib.

Qeyd edək ki, dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.
Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub.
 




Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin