Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, Şirvan sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu bir müddət əvvəl qızılcaya yoluxub.
Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub.
O, bu gün saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub. Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub.
Qızılcadan vəziyyəti ağırlan uşaqda kəskin pnevmaniya, infeksion toksiki şok vəziyyət olub. Bütün yardımlara baxmayaraq, o xəstəxanada keçinib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:37 / 14.12.2023
Şirvanda 12 yaşlı uşaq qızılcadan ölüb
Hazırda oxunan: Şirvanda 12 yaşlı uşaq qızılcadan ölüb
Hazırda oxunan: Şirvanda 12 yaşlı uşaq qızılcadan ölüb
168915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.