Quba Şəhidlər Xiyabanındakı lövhədə yol verilən yanlışlıq aradan qaldırılıb? – RƏSMİ AÇIQLAMA/FOTO 

Hazırda oxunan: Quba Şəhidlər Xiyabanındakı lövhədə yol verilən yanlışlıq aradan qaldırılıb? – RƏSMİ AÇIQLAMA/FOTO 

168823

Quba Şəhidlər Xiyabanında yerləşən lövhədə “Torpaq uğrunda ölən varsa Vətəndir” yazısında bəzi səhvlərə yol verilməsi ilə bağlı problemi işıqlandırmışdıq. 

Sözügedən məqalədə yanlışlıqların nədən ibarət olduğunu da qeyd etmişdik:

"Torpaq, (əgər) uğrunda ölən varsa, Vətəndir" deyimi türk şairi M.C.Kuntayın şeirindən götürülüb. Burada "Vətəndir" sözü böyük və ya kiçik hərflə yazıla bilər. Amma irad həmin sözə yox, cümlədə vergüllərin olmaması ilə bağlı idi. Bu, tabeli mürəkkəb cümlədir və burada şərt budaq cümləsi baş cümlənin ortasında işlənib.
 

MÖVZU İLƏ BAĞLI:

Quba Şəhidlər Xiyabanındakı löhvədə yanlışlığa YOL VERİLDİ – FOTOFAKT 


Ona görə də hər iki tərəfdən vergüllə ayrılıb. Vergülün işlənmə qaydasına riayət etmək vacibdir, çünki cümləni "Torpaq uğrunda ölən varsa, Vətəndir" formasında yazsaq, onun mənası yanlış tərəfə dəyişir, yəni cümlədə "Torpaq uğrunda kim ölübsə, o şəxs Vətəndir" fikri nəzərdə tutulur. 

Əsas fikir isə ondan ibarətdir ki, əgər bir torpaq uğrunda ölən varsa, o torpaq vətən sayılır. Yəni "Torpaq Vətəndir" baş cümlə, "uğrunda ölən varsa" hissəsi isə budaq cümlədir”.

Sözügedən yanlışlıqla bağlı Quba rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışdıq. Qurumdan sorğumuza cavab olaraq, problemin aradan qaldırılacağı bildirilmişdi. 

Artıq lövhədə yol verilən yanlışlıq qismən aradan qaldırılıb. 

Bu barədə Bizim.Media-ya Quba rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Anar Məmmədov məlumat verib. 

Belə ki, "Torpaq, (əgər) uğrunda ölən varsa, Vətəndir" ifadəsində, “torpaq”dan və “ölən varsa” sözlərindən sonra vergül işarəsi bərpa edilib. İcra hakimiyyətindən o da bildirilib ki, “əgər” sözü yaxın gələcəkdə lövhə yenilənən zaman əlavə ediləcək.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin