Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror xarakterli təxribatları barədə tərəfdaş ölkələrin uyğun qurumları və beynəlxalq təşkilatları məlumatlandırıb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 30-a yaxın ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul dövlət qurumları və 20-yə yaxın nüfuzlu beynəlxalq təşkilata ünvanlanmış məktublarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər diqqətə çatdırılıb.
Məktublarda Ermənistanın terrorçu xislətli hərbi-siyasi rəhbərliyinin qərarı ilə Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycanın mülki əhalisini və hərbi obyektləri hədəf alaraq hərbi təxribata əl atması və buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks-həmlə əməliyyatına başlanılması, bu əməliyyatın yalnız Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən birmənalı tanınmış torpaqlarında aparılması diqqətə çatdırılıb.
Ermənistan dövlətinin ənənəvi terrorçu davranışlarına uyğun olaraq, Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, çoxsaylı sakinlərin həlak olmasına səbəb olur.
Bu çərçivədə, xüsusilə razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozaraq döyüş bölgəsindən kənarda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Ağcabədi və digər şəhər və kəndlərinin mütəmadi olaraq ağır artilleriya və raket atəşlərinə məruz qalması, nəticədə çoxsaylı mülki şəxslərin ölümü və ciddi dağıntıların baş verməsi qəti şəkildə pislənilir, bu terrorçu addımlara dərhal son verilməsi üçün dünya birliyinin Ermənistanın hərbi-siyasi rəhbərliyinə ciddi təzyiqlər göstərməsinin vacibliyi vurğulanır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:42 / 31.10.2020
FHN erməni terroru barədə faktları beynəlxalq təşkilatlara göndərdi
Hazırda oxunan: FHN erməni terroru barədə faktları beynəlxalq təşkilatlara göndərdi
Hazırda oxunan: FHN erməni terroru barədə faktları beynəlxalq təşkilatlara göndərdi
1688
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.