Coratda anasını öldürən və kiçik qardaşını bıçaqlayan şəxs MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Coratda anasını öldürən və kiçik qardaşını bıçaqlayan şəxs MƏHKƏMƏ QARŞISINDA

168789

Xəbər verildiyi kimi, avqustun 21-də Sumqayıt şəhəri ərazisində 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın qəsdən öldürülməsi, azyaşlı oğluna isə xəsarət yetirilməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sumqayıt şəhər prokurorluğu yayıb.

İstintaqla yetkinlik yaşına çatmayan Ə.Zülfüqarlının avqustun 20-si tarixində Sumqayıt şəhəri, Corat qəsəbəsi, H.Arif küçəsində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı anası Günay Zülfüqarovaya bıçaqla xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsi, azyaşlı qardaşına isə həmin bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 (xüsusi amansızlıqla qəsdən adam öldürmə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürməyə cəhd) maddələri ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin