Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinim Nərimanov rayonu, Vaqif prospektində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ-2121” və “SAİPA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “SAİPA” markalı avtomobilin sürücüsü ilə sərnişinləri deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və iki sərnişini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bizim.Media