Gəncə–Daşkəsən Regional Təhsil İdarəsi Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə direktorun müəllimi döyməsinə dair yayılan məlumata aydınlıq gətirib.
İdarədən Bizim.Media-ya bildirilib ki, Gəncə–Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən məsələ ilə əlaqədar müvafiq komissiya yaradılıb.
Qeyd edilib ki, Komissiyanın tərkibinə Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin hüquqşünası, Gəncə şəhəri və Samux rayonu üzrə təhsil sektorlarının tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları və digər əməkdaşlar daxil ediliblər.
Bildirilib ki, Komissiya üzvləri məktəbin direktoru və şikayətçi müəllimin, şahid qismində isə direktor müavininin izahatlarını alıblar.
Araşdırma zamanı məlum olub ki, direktor müəllimə qarşı hər hansı bir güc tətbiq etməyib, ondan şəxsiyyət vəsiqəsini istəyib və müəllim imtina etdikdən sonra mübahisə baş verib. Belə olduqda isə direktor sinif otağını tərk edib.
Məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:36 / 12.12.2023
Samuxda direktorun müəllimi döyməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
Hazırda oxunan: Samuxda direktorun müəllimi döyməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
Hazırda oxunan: Samuxda direktorun müəllimi döyməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
168674
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.