Uşağın göbək bağı niyə BASDIRILMALIDIR? - Qəribə İNANCLA bağlı maraqlı AÇIQLAMA

Hazırda oxunan: Uşağın göbək bağı niyə BASDIRILMALIDIR? - Qəribə İNANCLA bağlı maraqlı AÇIQLAMA

168658

Bir çox ölkələrdə və həmçinin Azərbaycanda yeni doğulan uşağın göbək ciyəsinin basdırıldığı yerin onun taleyində rol oynaması inancı var. Buna görə, kimisi körpənin göbək bağını universitetin həyətinə basdırır ki, övladı böyüyüəndə ali təhsil alsın, kimisi isə öz evində saxlayır ki, uşağı heç vaxt ailəsindən kənarda yaşamasın. 

Doğurdan da uşağın göbək bağının basdırıldığı yer onun taleyini müəyyən edirmi? Ümumiyyətlə, İslam dinində belə bir inanc qəbulediləndirmi?

İlahiyyatçı Tural İrfan Bizim.Media-ya bildirib ki, bunun İslamla heç bir əlaqəsi yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Bu adamlar oruc tutanlara, dua edənlərə gülürlər – Onları TANIYIN!


“Belə cəfəng işlər təəssüf ki, bəzi insanlar arasında yayılır. Bu inanc cadugərliyin tərkib hissəsidir və Şamanizmdən gəldiyini düşünürəm. Qədim adətlərdə belə şeylər olub. Ancaq heç bir səmavi dində bu adət yoxdur. İslam dini belə adətlərin əksinədir. Çünki xurafat dinin zəhəridir. “Qurani - Kərim”də, nə də Peyğəmbərin digər əmrlərində əsla belə cəfəng şeylərə yer verilmir, ola da bilməz. 

İslamı qəbul etmiş xalqların İslamdan əvvəlki inanclarında belə oxşar əməllər olub. Bu, bəzi hallarda müsəlman olandan sonra da davam edib.

Məsələn, ağacın budağına qara bağlayıb niyyətinin hasil olacağına inanmaq da Şamanizmdən gəlmədir. Tutaq ki, məsciddə şam yandırırlar. Bu da xristianlıqdan keçmədir. Çünki bizim xalqımız İslamdan əvvəl xristian idi. 

Tutaq ki, ocaq qalayıb üstündən atlanmaq. Bu da xristianlıqdan əvvəlki inancımız olan atəşpərəstlikdən qalmadır. Bax, beləcə hər dindən bir ritual, bir ayin bizlərə gəlib çatıb. Bəzi adətlər də dini yox, milli kimi özünü qoruyub saxlayıb”.

İlahiyyatçının fikrincə, sağlam yanaşma odur ki, dinin, Quranın, elmin və ağlın buyurduğu işlər yaşadılsın:

“Əsassız, heç bir sağlam mənbəyə dayanmayan cəfəng əməllər və inanclar müasirliyimizlə uyğun deyil. İndiki dünyada belə şeylərə inanmaq sadəcə ayıbdır”. 

Məlumat üçün bildirək ki, göbək ciyəsi uşağın həyat xəttidir. Göbək ciyəsinin vasitəsilə uşaq anadan oksigen və digər qidalandırıcı maddələr alır. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin