“Gələn ildən Qarabağa qayıdış prosesi intensivləşəcək” – Emin Hüseynov 

Hazırda oxunan: “Gələn ildən Qarabağa qayıdış prosesi intensivləşəcək” – Emin Hüseynov 

168649

“Növbəti ildən başlayaraq azad edilən ərazilərə qayıdış prosesi intensivləşəcək”.

Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2026-cı ilin sonunadək 26 min ailənin təkcə Qarabağ iqtisadi rayonuna köçürülməsi nəzərdə tutulur:

"Böyük qayıdış" dövlət proqramı çərçivəsində köç prosesi davam edir. Artıq 3 mindən çox məcburi köçkün ailəsi öz doğma torpaqlarına qayıdıb. Proses qarşıdakı dövrdə daha da sürətlənəcək. 34 min 500 ailədən 2026-cı ilin sonuna qədər 16 min ailə təkcə Qarabağ iqtisadi rayonuna köçürüləcək. Ağdam şəhərində 20 min nəfərin məskunlaşması nəzərdə tutulub. Bu, Böyük Qayıdış üzrə birinci dövlət proqramı çərçivəsində həyata keçirilir”. 

Emin Hüseynov Ağdamın əsas mədəni tarixi mərkəz hissəsində geniş layihələndirmə işlərinin artıq yekunlaşmaq üzrə olduğunu bildirib:

“Şəhərdə 5 məhəllənin inşası nəzərdə tutulub. Eyni zamanda açıq səma altında İşğal Muzeyi, Zəfər muzeyi, muğam mərkəzi, mehmanxanalar, daxili yok küçə şəbəkəsi, məktəb, xəstəxana, bütün zəruri sosial təsisatlar bu dövrdə tikilib təhvil veriləcək. Ağdam şəhərindən başqa 12 kəndin və Füzuli şəhəri və 10 kəndi bərpa olunub, 2026-cı ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulub.

Eyni zamanda artıq Füzuli şəhərinə köçmüş əhali ilə mütəmadi iş aparılır. Onların məşğulluğunun təmin olunması ilə bağlı addımlar atılır. Hazırda 333 ailə orada məskunlaşıb. Bu yaxınlarda orada əmək yarmarkası keçirilib. İlk dəfə olaraq sakinlərimiz Dünya Azərbaycanlılarının Həmrəylik gününü və Yeni ili öz doğma torpaqlarında qeyd edəcəklər”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin