Cari il sentyabrın 4-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində 1998-ci il təvəllüdlü Natiq Abbasovun qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Cəlilabad rayon prokurorluğu yayıb.
İstintaqla 2003-cü il təvəllüdlü Əli Həsənovun aralarında yaranmış mübahisə zamanı Natiq Abbasova əvvəlcə yumruq və təpiklə, daha sonra isə üzərində gəzdirdiyi bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Əli Həsənova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:07 / 11.12.2023
SON DƏQİQƏ: Əli Həsənova qarşı cinayət işi açıldı
Hazırda oxunan: SON DƏQİQƏ: Əli Həsənova qarşı cinayət işi açıldı
Hazırda oxunan: SON DƏQİQƏ: Əli Həsənova qarşı cinayət işi açıldı
168507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.