Azərbaycanlıların 21 faizi NATO-ya güvənir

Hazırda oxunan: Azərbaycanlıların 21 faizi NATO-ya güvənir

168479
Azərbaycan vətəndaşlarının 21 faizi NATO-nu özləri üçün müdafiə hesab edir.

Bu barədə Moderator.az Amerikanın Gallup şirkətinin apardığı sorğunun nəticəsinə əsasən məlumat verir.xa0

2016-cı ildə aparılan sorğuya əsasən, azərbaycanlı respondentlərin 16 faizi Şimaliatlantik Alyansı təhlükə, 44 faizi isə nə müdafiə, nə də təhlükə kimi qəbul edir.

Bundan savayı, sorğunun nəticələrinə əsasən, Gürcüstan vətəndaşlarının 37 faizi NATO-nu müdafiə, 8 faizi təhlükə kimi qəbul edir, 35 faizi isə bu fikirlərin heç biri ilə razı deyil.

Ermənistanda isə əhalinin 8 faizi NATO-ya güvənir, 20 faizi onu təhlükə hesab edir, 38 faizi isə Alyansı nə müdafiə, nə də təhlükə sayır.

Sorğu 2016-cı il ərzində telefonla aparılıb. Sorğuda hər ölkədən 15 yaşdan böyük 1000 nəfər iştirak edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin